AS Group AS Group
  • 806

AS Group

Бизнес

Xarici Kommunikasiya üzrə Menecer

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Xarici Kommunikasiya üzrə Menecer

  • Истекает 18 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Bakı, Azərbaycan

AS QRUP İNVESTMENT – yerli və xarici bazarlarda güclü tərəfdaşlıqları, innovativ yanaşması və dayanıqlı inkişaf vizyonu ilə tanınan çoxşaxəli şirkətlər qrupudur. Qrupun ictimai nüfuzu və brend imici bizim üçün əsas strateji prioritetlərdəndir. Bu istiqamətdə komandamıza Xarici Kommunikasiya üzrə Menecer vəzifəsinə peşəkar komanda üzvü axtarırıq.

Əsas vəzifə və məsuliyyətlər:

  • Korporativ kommunikasiya strategiyasına uyğun fəaliyyətlərin icrası və mütəmadi monitorinqi
  • Media ilə əlaqələrin qurulması və idarə olunması (press-relizlər, müsahibələr, media brifinqləri və s.)
  • Şirkətin imicini gücləndirəcək məqalə, çıxış və digər kontentlərin hazırlanması və yayılması
  • Sosial media, vebsayt və LinkedIn kimi platformalarda brend mövqelənməsinin artırılması
  • Sponsorluq və tərəfdaşlıq layihələrinin kommunikasiya dəstəyi
  • Sərgilər, forumlar və ictimai tədbirlərin kommunikasiya baxımından təşkili və müşayiəti
  • Xarici kommunikasiya fəaliyyətləri üzrə hesabatların, göstəricilərin və media analizlərinin hazırlanması
  • Rəhbərlik və digər daxili funksional komandalarla koordinasiyalı iş

Namizədə dair tələblər:

  • Ali təhsil (Kommunikasiya, PR, Jurnalistika, Marketinq və ya müvafiq sahələr üzrə)
  • Xarici kommunikasiya və PR sahəsində minimum 3–5 il iş təcrübəsi
  • Media ilə iş bacarığı və əlaqələr şəbəkəsi
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • Güclü kontent yazmaq və brend üslubuna uyğun dil istifadə etmək bacarığı
  • Böhran vəziyyətlərində kommunikasiya çevikliyi və stresə davamlılıq
  • Azərbaycan dili – mükəmməl; İngilis və/ya Rus dili – üstünlükdür
  • Rəqəmsal alətlər və sosial media platformaları ilə iş təcrübəsi
  • Analitik düşüncə və hesabatlılıq vərdişləri

Ə/h razılaşma yolu ilə olacaqdır.

Maraqlanan şəxslər CV-ni "Xarici Kommunikasiya üzrə Menecer" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz.
Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily6
  • Weekly621
  • Monthly739