SƏTƏM üzrə menecer

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM üzrə menecer

  • Deadline 23 İyun 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yerinə yetirəcəyi işlər:

  • ƏM və TT üzrə Qanunvericiliyin tələblərini bilməli və buna uyğun olaraq vəzifə öhdəliklərini yerinə yetirməli, rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və keyfiyyətlə icra etməli;
  • İş yerlərində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində təkliflər verməli, iş şəraitinin yaxşılaşdırılmasına və istehsalat zədələnmələrinin qarşısının alınmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməli və baş vermiş qəza, bədbaxt hadisələrin qeyd və təhlilini aparmağı bacarmalı;
  • ƏM və TT üzrə sənəd dövriyyəsinin icrasını nəzarətdə saxlamalı, daimi olaraq mühəndislərlə əlaqəli olmalı və metodik sənədlərin hazırlanmasında iştirak etməli və köməklik göstərməli;
  • İş fəaliyyəti haqqında  mütəmadi olaraq rəhbərliyi məlumatlandırmalı, iş planlarını hazırlamalı, görülən  işlər barəsində hesabat təqdim etməli və ƏMTT üzrə digər hüquqi normativ sənədlərin təhlilini aparmalı;
  • ƏM və TT üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda həyata keçirməli, Risk qiymətləndirilməsini bilməli;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməli və ətraf mühitə zərərli təsirlərin azaldılması üzrə təkliflər verməli;
  • İşçi heyətin fərdi və qoruyucu mühafizə vasitələri ilə təmin edilməsinə nəzarət etməli;  
  • İşçi heyətlə əməyin mühafizəsinə dair dərslərin, seminarların keçirilməsini təşkil etməli və s.

Vəzifəyə olan tələblər:

  • Ali təhsilli (bakalavr) və sahə üzrə ən azı 5 il iş təcrübəsi olmalı; 
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək və kompyuter biliyi, Word və Excel proqramlarını sərbəst istifadə etmək bacarığı;
  • Dəqiq, tələbkar, nizam-intizamlı, məsuliyyətli olmaq və verilən tapşırıqları düzgün icra etmək;
  • Analitik təhlil, operativlik və gördüyü işə cavabdehlik;
  • Ünsiyyət qurma və komandada işləmək bacarığı;

İş şəraiti:

  • İş yeri: Qarabağ bölgəsi (Zəngilan)
  • İş qrafiki: həftənin 6 günü
  • Əmək haqqı: 2000 AZN (Net)
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir
  • Günlük0
  • Həftəlik698
  • Aylıq1395