SƏTƏM üzrə mühəndis

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM üzrə mühəndis

  • Deadline 23 İyun 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yerinə yetirəcəyi işlər:

  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis, əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda həyata keçirməlidir;
  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir;
  • İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir; 
  • İşə yeni götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir;
  • Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir;
  • Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir;
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir;
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis nəzarət etməlidir:
  • sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına;
  • səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına; 
  • aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə;
  • qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə; 
  • iş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına;
  • işçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə;
  • istehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına;
  • işçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə; 
  • xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsinə. 

Vəzifəyə olan tələblər:

  • Ali təhsilli (bakalavr) və sahə üzrə ən azı 3 il iş təcrübəsi olmalı; 
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək və kompyuter biliyi, Word və Excel proqramlarını sərbəst istifadə etmək bacarığı;
  • Dəqiq, tələbkar, nizam-intizamlı, məsuliyyətli olmaq və verilən tapşırıqları düzgün icra etmək;
  • Analitik təhlil, operativlik və gördüyü işə cavabdehlik;
  • Ünsiyyət qurma və komandada işləmək bacarığı;

İş şəraiti:

  • İş yeri: Qarabağ bölgəsi (Zəngilan)
  • İş qrafiki: həftənin 6 günü
  • Əmək haqqı: 1500 AZN (Net)
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir
  • Günlük0
  • Həftəlik698
  • Aylıq1395