Struktur vahidinin adı: Texniki planlama departamenti
Yerinə yetirəcəyi işlər:
- Maliyyə-smeta sənədlərinin hazırlanması və dəyişiklik olduqda onların yenilənməsi;
- Tikinti, təmir, quraşdırma və infrastruktur (elektrik və mexanik) işlərinin qiymətləndirilməsində iştirak, smeta sənədlərinin analiz olunması və dəyərləndirilməsi;
- Digər təşkilatlar tərəfindən təqdim edilən smeta sənədlərinin yoxlanılması və bu barədə arayışların hazırlanması;
- Yenidən qurulan və ya təmir olunan obyektlər üzrə titul vərəqələrinin və texniki sənədlərin hazırlanmasında iştirak;
- Podratçılarla smeta sənədlərinin razılaşdırılması və normativlərə uyğunluğuna nəzarət;
- Görülmüş işlər üzrə aktların tərtibi və qiymətlərin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi;
- Smeta sənədlərinin uçotu və smeta-maliyyə hesablamalarının sistemləşdirilməsi;
- Layihələrin maliyyə və smeta hissələrinin idarə olunması prosesində fəal iştirak;
- İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl etmək.
Vəzifəyə olan tələblər:
- Layihə-smeta sənədlərinin hazırlanması üçün normativ hüquqi sənədləri, mövcud smeta hesablama qaydalarını və tikinti, təmir, quraşdırma işlərinin hesablama əmsallarını bilmək;
- Texniki sənədlərin, o cümlədən titul vərəqələri və defekt cədvəllərinin hazırlanma qaydalarına bələd olmaq;
- İqtisadiyyatın əsasları, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydaları üzrə biliklərə malik olmaq;
- Tikinti sahəsində, xüsusilə də elektrik və mexaniki infrastruktur işləri üzrə təcrübəyə malik olmaq üstünlükdür;
- Analitik düşüncə və dəqiqliklə işləmək bacarığı;
- Komanda ilə işləmə və sənədlərlə sistemli şəkildə işləmə bacarığı;
- Ali təhsil (müvafiq sahə üzrə);
- Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi;
- Microsoft Office proqramları (xüsusilə Excel), 1C və AutoCAD proqramlarında yaxşı səviyyədə işləyə bilmək;
- Azərbaycan dili (əla), ingilis dili (yaxşı), rus dili (yaxşı)
İş şəraiti:
- İş yerinin yerləşdiyi ünvan: Zahid Xəlilov küç. 576-cə məhəllə
- İş rejimi: həftə içi 5 gün
- Korporativ nömrə
- Əmək haqqı: 3000-3500 AZN (Net)
Maraqlanan namizədlər cv-lərini “Smetaçı-mühəndis” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.