AS Inshaat-N LLC AS Inshaat-N LLC
  • 174

AS Inshaat-N LLC

Строительство

Beton Zavodu Operatoru

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Beton Zavodu Operatoru

  • Истекает 13 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Beton istehsalı prosesini müəyyən edilmiş texniki tələblərə uyğun şəkildə həyata keçirmək və qarışıqların düzgün hazırlanmasını təmin etmək;
  • Beton istehsalı üçün tələb olunan qum, çınqıl, sement və suyun normativlərə uyğun dozalanmasına nəzarət etmək;
  • İstehsal olunan beton qarışıqlarının keyfiyyət göstəricilərini yoxlamaq və standartlara uyğunluğunu təmin etmək;
  • Betonun miqdarı, tərkibi və istehsal vaxtı ilə bağlı sənədləşməni düzgün aparmaq;
  • İstehsal planına uyğun olaraq sifarişlərin vaxtında hazırlanmasını və göndərilməsini təmin etmək;
  • Texniki nasazlıq və istehsalat problemlərini operativ şəkildə müəyyən edib rəhbərliyə məlumat vermək;
  • Digər operatorlar, sahə rəhbərliyi və müştərilərlə koordinasiyalı şəkildə işləmək;
  • Fövqəladə hallarda təhlükəsizlik prosedurlarına uyğun tədbirlər görmək;
  • Birbaşa rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;
  • Şirkətin daxili standartlarına və beton istehsalı üzrə təlimatlara uyğun fəaliyyət göstərmək;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etmək.

Tələblər:

  • Ali və ya orta texniki təhsil;
  • Beton istehsalı və keyfiyyətə nəzarət sahəsində biliklər;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları barədə məlumatlı olmaq;
  • Məsuliyyətlilik, operativlik və diqqətlilik;

İş yeri: Qaradağ rayonu, Sahil qəsəbəsi

İş rejimi: Tam iş günü

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu başlığına “Beton zavodu operatoru” qeyd etməklə göndərə bilərlər.

  • Daily4
  • Weekly307
  • Monthly1113