Vəzifə öhdəlikləri:
- Beton istehsalı prosesini müəyyən edilmiş texniki tələblərə uyğun şəkildə həyata keçirmək və qarışıqların düzgün hazırlanmasını təmin etmək;
- Beton istehsalı üçün tələb olunan qum, çınqıl, sement və suyun normativlərə uyğun dozalanmasına nəzarət etmək;
- İstehsal olunan beton qarışıqlarının keyfiyyət göstəricilərini yoxlamaq və standartlara uyğunluğunu təmin etmək;
- Betonun miqdarı, tərkibi və istehsal vaxtı ilə bağlı sənədləşməni düzgün aparmaq;
- İstehsal planına uyğun olaraq sifarişlərin vaxtında hazırlanmasını və göndərilməsini təmin etmək;
- Texniki nasazlıq və istehsalat problemlərini operativ şəkildə müəyyən edib rəhbərliyə məlumat vermək;
- Digər operatorlar, sahə rəhbərliyi və müştərilərlə koordinasiyalı şəkildə işləmək;
- Fövqəladə hallarda təhlükəsizlik prosedurlarına uyğun tədbirlər görmək;
- Birbaşa rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;
- Şirkətin daxili standartlarına və beton istehsalı üzrə təlimatlara uyğun fəaliyyət göstərmək;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etmək.
Tələblər:
- Ali və ya orta texniki təhsil;
- Beton istehsalı və keyfiyyətə nəzarət sahəsində biliklər;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları barədə məlumatlı olmaq;
- Məsuliyyətlilik, operativlik və diqqətlilik;
İş yeri: Qaradağ rayonu, Sahil qəsəbəsi
İş rejimi: Tam iş günü
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu başlığına “Beton zavodu operatoru” qeyd etməklə göndərə bilərlər.