Təsvir
- Biznes, İT əməkdaşları və Vendorlarla komanda şəklində işləmək;
- Texniki tapşırıqlar hazırlamaq;
- Test nümunələri (keys) hazırlamaq;
- Proqram təminatında dəyişikliklər etmək və yeniliklər üzrə testləri həyata keçirmək;
- Bank proqramlarında yaranmış problemlərin araşdırılmasını və aradan qaldırılmasını təmin etmək;
- Avtomatlaşdırılmış proseslərin sonraki nəzarətini təşkil etmək;
- Bank proqramlarında kreditə dair mərkəzləşdirilmiş əməliyyatların analizi və icrası;
- Kreditə dair bank sistemləri üzrə əməkdaşlara dəstəyin təmin edilməsi.
Tələblər
- İqtisadiyyat, maliyyə sahəsində ali magistr təhsili;
- Bank təcrübəsi üzrə minimum 2 (iki) il iş təcrübəsi;
- Kredit sahəsi üzrə iş təcrübəsi;
- Ofis proqramlarından MS Office, MS Excel istifadə bacarığı, Power Point, EdrawMax (digər eyni məqsədli proqramlar) arzuolunandır;
- Analitik düşünmə bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmə bacarığı;
- Azərbaycan dili - mükəmməl, xarici dillərin (rus dili və ingilis dili) qənaətbəxş səviyyədə olması;
- Danışıqların aparılma qabiliyyəti.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Magistr
Qeyd: Kredit sahəsi üzrə iş təcrübəsi əsasən kreditin analizi, kreditin verilməsi, kredit məhsullarının yaradılması, və ya avtomatlaşdırılması prosesində iştriak etmiş əməkdaşlar nəzərdə tutulur.