Təsvir
- Xidmət və məhsullar üzrə performans metriklərinin izlənilməsi, ROI və istifadə göstəriciləri üzrə dövri analitik hesabatların hazırlanması;
- Bazar, müştəri və digər data əsasında məhsulun təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və biznes case-lərin formalaşdırılması;
- Alternativ xidmət kanallarının (terminal şəbəkəsi, məsafədən və rəqəmsal bankçılıq xidmətləri) səmərəliliyinin təhlili;
- Bank məhsulları ilə bağlı daxil olan təkliflərin dəyərləndirilməsi, maraqlı tərəflərə yönləndirilməsi və data əsaslı təkliflərin hazırlanması;
- Kart məhsulları üzrə məhsul şərtlərinin təhlili, istifadənin izlənilməsi, satış və dövriyyənin artırılması üçün təkliflərin hazırlanması, habelə tarif və komissiyaların layihələndirilməsində iştirak;
- Müştəri bazasının seqmentləşdirilməsi və satışların səmərəliliyinin aidiyyatı struktur bölmələrlə birlikdə təhlil olunması;
- Bankın biznes tərəfdaşları ilə əməkdaşlıq şərtlərinin müəyyən olunmasında iştirak və həmin şərtlərin mütəmadi olaraq səmərəliliyinin qiymətləndirilməsi;
- Bank fəaliyyətinin müxtəlif sahələrinə dair analitik təhlillərin aparılması və hesabatların hazırlanması;
- Bankın əməliyyat tariflərində nəzərdə tutulan dəyişikliklərin layihələndirilməsi, təhlil olunması və müvafiq qurumlarda müzakirəyə təqdim edilməsi;
- Müştərilərin məhsul və xidmət şərtlərinə dair müraciətlərinin təhlil olunması və cavablandırılması.
Tələblər
- Magistr təhsili;
- Biznes analitikası, məhsul idarəetməsi və bank məhsulları üzrə minimum 2 illik iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti, güclü təhlil və riyazi bacarıqlar, məlumat təhlilinin bütün mərhələlərini idarəetmə bacarığı;
- Hesabatlılıq və təqdimat bacarıqları;
- MS Excel-də peşəkar səviyyədə işləmə bacarığı, Oracle SQL üzrə baza bilikləri;
- Komanda işinə uyğunlaşma və bankın müxtəlif funksional strukturları ilə əməkdaşlıq bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar və yüksək təqdimat bacarığı;
- İşdə dəqiqlik, detallara diqqət və məsuliyyətlilik;
- Azərbaycan dilində səlis, ingilis dilində yaxşı səviyyədə biliklər.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə 3-4 il
- Təhsil - Magistr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.