Təsvir
- Daxil olmuş istehlak krediti müraciətlərini qəbul və təhlil etmək;
- Aparılmış analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;
- Daxil olmuş müraciətlərin lazımi tələblərə və limitlərə cavab verilməsinə nəzarət edilməsi;
- Bankın filiallarının kredit bölmələrinin əməkdaşlarına istehlak kreditləri ilə bağlı lazımi məsləhətlərin verilməsi və onların işinə nəzarət edilməsi
- Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin təhlili və simulyasiya edilməsi.
Tələblər
- Maliyyə, menecment, iqtisadiyyat, idarəetmə istiqaməti üzrə magistr təhsilin olması;
- Ən azı 2 il bankda müvafiq sahədə iş təcrübəsi;
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Microsoft Office proqramlarından istifadə bacarığı;
- Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Magistr