Təsvir
- Reklam, dizayn şirkətləri və informasiya agentlikləri ilə işin təşkili və əlaqələndirilməsi;
- Reklam kanallarının araşdırılması (internet, tv, radio, jurnal, qəzet), reklam daşıyıcılarının məhsul və xidmətə görə seçilməsi;
- Məhsul və xidmətlər barəsində məlumatların media vasitələrinə ötürülməsi prosesində birbaşa iştirak;
- Mətbuat üçün rəsmi xəbər materiallarının hazırlanması;
- Bank haqqında KİV-də yerləşdirilməli olan məlumatların hazırlanması;
- KİV nümayəndələri ilə əlaqə qurulması və zəruri məlumatların mətbuat orqanlarında yerləşdirilməsi;
- Bankın çap-reklam məhsullarının hazırlanması işinin təşkili;
- Bankdaxili və çöl reklamlarının hazırlanması ilə bağlı təkliflərin verilməsi;
- Reklam vasitələrinin monitorinqi;
- Reklam daşıyıcılarının bankın “Brand Book”u ilə uyğunluğuna nəzarət edilməsi;
- Bankın müsbət imicinin formalaşması və onun daima yaxşılaşdırılması istiqamətində fəaliyyət.
Tələblər
- İqtisadiyyat, maliyyə, menecment istiqaməti üzrə magistr təhsilin olması;
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dili arzuolunandır);
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Yüksək kommunikasiya qabiliyyəti, təqdimat bacarığı;
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Komandada işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
- Kreativlik
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 3-4 il
- Vəzifə dərəcəsi - Mütəxəssis
- Təhsil - Magistr