Xalq Bank Xalq Bank
  • 754

Maliyyə İdarəsinin Strateji Planlama şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

Maliyyə İdarəsinin Strateji Planlama şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

  • Deadline 25 İyul 2024

Təsvir:

  • Bazar xüsusiyyətlərini və trendləri (bazar seqmentləri, artım templəri, inkişaf istiqamətləri, rəqabət üstünlüyü və s.) təhlil etmək, bankın strateji inkişaf istiqamətini və tövsiyyələrini formalaşdırmaq,
  • Bankın strategiyasından irəli gələn strateji təşəbbüsləri müəyyən etmək, strateji planı hazırlamaq və rəhbərliyə təqdim etmək,
  • Bankda Strateji təşəbbüslərinin icra səmərəliliyinin artırılması və icra zamanı müəyyən edilən maneələrin, çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər görmək,
  • Bankın strategiyasından irəli gələn Strateji hədəfləri mütəmadi olaraq təhlil etmək, onların yenilənməsi ilə bağlı təkliflər hazırlamaq,
  • Strateji hədəfləri Bankın müvafiq strukturlarının əsas fəaliyyət göstəriciləri (“KPI”) ilə əlaqələndirmək və zəruri təhlillər aparmaq,
  • Strateji təşəbbüslərin icrasının monitorinqini və qiymətləndirilməsini aparmaq,
  • Şöbənin fəaliyyətinin nəticələri barədə müvafiq hesabatlar və təqdimatlar hazırlamaq.

Tələblər:

  • Biznesin İdarə Edilməsi/İqtisadiyyat/Maliyyə üzrə magistr təhsili;
  • Müvafiq sahə üzrə minimum bir il iş təcrübəsi (bank sahəsində iş təcrübəsinin olması üstünlükdür);
  • Ofis proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə Power Point və MS Excel);
  • İdarəetmə, iqtisadi və maliyyə sahəsində bilik və bacarıqlar;
  • Xarici dil biliyi (xüsusilə İngilis dili) – orta səviyyədə;
  • Strateji və analitik düşünmə;
  • Komunikasiya və təqdimat bacarıqları;
  • Komanda ilə işləmək bacarığı.
  • Günlük0
  • Həftəlik591
  • Aylıq2296