Təsvir
- Yeni ödəniş sistemlərinin tətbiqi prosesində biznes tələblərin təhlil edilməsi; texniki tapşırıqların hazırlanması;
- Mövcud ödəniş sistemlərində ( SWIFT, AZİPS, XOHKS, AÖS, HOP, VISA B2B) yeni funksionallıqların yaradılması üzrə tələblərin təhlil edilməsi, texniki tapşırıqların hazırlanması;
- Ödəniş sistemlərinin tətbiqi üzrə bankdaxili prosesin müəyyən olunması;
- Biznes, Hesablaşmalar, İT əməkdaşları və Vendorlarla komanda şəklində işlənilməsi;
- Test ssenarilərinin hazırlanmasında və testlərin keçirilməsində iştirak;
- İstifadəyə təhvil verilmiş ödəniş sistemi və ayrı-ayrı funksionallıqların real mühitdə işləməsinin monitorinq edilməsi;
Tələblər
- Ali magistr təhsili;
- Ödəniş sistemləri və hesablaşmalar sahəsində minimum 3 (üç) il iş təcrübəsi
- Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
- Bank sistemləri üzrə biliklər (Flexcube, TranzAxiz arzuolunandır) ;
- Ödəniş sistemləri üzrə biliklər ( SWIFT, AZİPS, XOHKS, AÖS, HOP, VISA B2B arzuolaunandır) ;
- Ofis proqramlarından MS Office, xüsusilə MS Excel istifadə bacarığı;
- Analitik düşünmə bacarığı ;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmə bacarığı;
- Azərbaycan dili - mükəmməl, İngilis və rus dillərini bilənlərə üstünlük verilir;