Təsvir
- Stress testlərin həyata keçirilməsində iştirak (ölkə üzrə makro datanın və bankdaxili datanın toplanılması, ssenarilərin seçilməsi və s. kimi olmaqla, prosesə sonadək dəstək göstərilməsi);
- GAP analizinin aparılmasında iştirak (datanın toplanılması və hesabatın dövrü olaraq yenilənməsində dəstəyin göstərilməsi);
- Ölkə və dünya üzrə maliyyə bazarlarında və iqtisadiyyatda baş verən hadisələrin izlənilməsi, dövrü hesabatlıq və müvafiq rəyin hazırlanmasında iştirak;
- Bankın maliyyə bazarlarında iştirakı ilə bağlı dövrü fəaliyyətinə rəy verilməsində iştirak;
- Bazar və likvidlik risklərinin idarə edilməsi fəaliyyəti üzrə şöbənin gündəlik işinə müəyyən səviyyədə yardım göstərmək.
Tələblər
- Ali magistr təhsili (iqtisadi və ya maliyyə);
- Bank və ya əlaqəli maliyyə sektorunda minimum 3 il iş təcrübəsi;
- Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və qaydaları üzrə biliklər (beynəlxalq nəzəri və praktiki biliklər arzuolunandır);
- Aktiv, passiv, kapitalın strukturu, likvid və qeyri-likvid aktiv və öhdəliklər üzrə biliklər;
- Bazar və likvidlik risklərinin idarə edilməsi üzrə nəzəri və praktiki biliklər;
- Maliyyə bazarlarının fəaliyyəti və qiymətli kağızlar haqqında yetərli məlumatlılıq;
- Bazar və likvidlik risklərinin idarə edilməsində istifadə olunan hesabatlar haqqında məlumatlılıq və onların yenilənməsi bacarığı (LCR, GAP analizi və s.);
- Müvafiq istiqamətli stress testlərin həyata keçirilməsi yanaşmaları haqqında biliklər;
- Məntiqi mühakimə və operativ qərar qəbul etmə bacarıqları;
- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək xüsusiyyəti;
- Riyazi, statistik və makroiqtisadi biliklər;
- Excel bilikləri vacibdir, Python və ya SQL bilikləri arzuolunandır.
- İngilis dili biliyi vacibdir, rus dili arzuolunandır;
- CFA və (və ya) FRM sertifikatları arzuolunandır.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 3-4 il
- Təhsil - Magistr
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.