Təsvir
- ƏL/TMM sahəsində siyasət və prosedurlar üçün məzmunu hazırlamaq / inkişaf/ dəyişiklik etdirmək;
- ƏL/TM şübhəsi üçün kifayət qədər əsas yaradan əməliyyatlara dair Bankın strukturlarına sorğu göndərmək və sənədlər toplamaq, təqdim olunan sənədləri təhlil etmək
- Daxil olmuş ƏL/TMM ilə əlaqəli sorğuları cavablandırmaq;
- Bankın müştəri uyğunluğu prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirilməsinin həyata keçirilməsinə nəzarət etmək;
- ƏL/TMM məqsədilə Bankda aparılmış əməliyyatların monitorinqini həyata keçirmək;
- Gündəlik əsasda əməliyyatların ƏL/TMM sistem təminatı vasitəsi ilə monitorinq və idarə edilməsini təmin etmək;
- Aşkarlanmış qeyri-adi və ya şübhəli əməliyyatlara qarşı müvafiq tədbirlərin görülməsi;
- Məlumatların təqdim olunması və hesabatların hazırlanması prosesində daxili nəzarət prosedurlarının təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
- Köçürmələr icra edilərkən vəsaiti alan və vəsaiti göndərən tərəfləri barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin ümumi siyahısı üzrə yoxlanılmasını təmin etmək, bu işə daim nəzarət etmək;
- Tələb olunan hesabatları vaxtlı-vaxtında aidiyyəti üzrə hazırlamaq;
Tələblər
- Tam ali iqtisadi təhsil;
- Analoji sahə üzrə 5 il təcrübə, Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli, düzgün və etibarlı olmalı;
- Xarici dil – ingilis dili əla səviyyədə;
- MS Ofis proqramları, xüsusilə MS Ofis Excel və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
- Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı olmalı;
- Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını və digər aktları bilməli;
- Lisenziya/Sertifikat: CAMS, CGSS və s. kimi sertifikatların olması arzuolunandır
Vakansiya haqqında
Son tarix Noyabr 24, 2024
Paylaşılıb Oktyabr 23, 2024
Vakansiya növü Tam ştat