Təsvir
- Problemli Kredit portfelində olan müştərilərlə danışıqların aparılması, görüşlərin keçirilməsi, girov predmetinə, eləcə də müştərinin biznesinə baxışın keçirilməsi;
- Problemli Kredit portfelində olan müştərilərə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası ilə bağlı müvafiq dövlət qurumlarına müraciətlərin edilməsi, zəruri olduqda yazışmaların aparılması;
- Bankın balansında olan, eləcə də onun törəmə cəmiyyətlərinin mülkiyyətində olan əmlakların vaxtaşırı monitorinqinin, satışının və icarəsinin həyata keçirilməsi ilə bağlı müvafiq işlərin aparılması.
Tələblər
- Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
- Analoji sahə üzrə və ya bank işi sahəsində minimum 1-2 illik iş təcrübəsi;
- Yaxşı səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;
- Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
Vakansiya haqqında
- Son tarix yanvar 19, 2025
- Paylaşılıb dekabr 19, 2024
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr