Xalq Bank Xalq Bank
  • 238

Xankəndi filialının Müştəri xidməti şöbəsi Müştəri Xidmətləri üzrə mütəxəssis

Xankəndi filialının Müştəri xidməti şöbəsi Müştəri Xidmətləri üzrə mütəxəssis

  • Deadline 29 İyun 2025

Təsvir

Müştəri Xidmətləri:

  • Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
  • Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;
  • Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;
  • Kredit müraciətlərinin qəbulu və analizi;
  • Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilməsi şərtlərinə (kreditin təyinatı, girov təminatı, borcalanın ödəmə qabiliyyəti və s.) əməl olunmasına nəzarət edilməsi;
  • Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi;

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Menecment və Hüquq sahəsində ali təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
  • Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
  • Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;
  • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 1-2 il
  • Təhsil - Magistr

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily43
  • Weekly386
  • Monthly390