ASEL Kredit ASEL Kredit

ASEL Kredit

Peşəkar xidmətlər

Audit üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Audit üzrə mütəxəssis

  • Deadline 30 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İş yeri: Bakı, Azure iş mərkəzi
  • İş qrafiki: Tam ştat
  • Əmək haqqı: Müsahibə əsasında
  • Korporativ nömrə ilə təmin olunma
  • Yanacaqla təmin olunma

Vəzifə öhdəlikləri:

  • Daxili audit planına uyğun olaraq audit yoxlamalarının aparılmasında iştirak etmək;
  • Kredit əməliyyatları, maliyyə prosesləri və daxili nəzarət mexanizmləri üzrə audit prosedurlarının icrası;
  • Audit yoxlamaları zamanı aşkar edilən risk və uyğunsuzluqların təhlili və sənədləşdirilməsi;
  • Daxili nəzarət sistemlərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə rəy və təkliflərin hazırlanması;
  • Təşkilatın fəaliyyətinin mövcud qanunvericiliyə, daxili qayda və prosedurlara uyğunluğunun yoxlanılması;
  • Audit nəticələri üzrə hesabat layihələrinin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Audit zamanı müəyyən edilmiş tövsiyələrin icrasına nəzarət və aidiyyəti struktur bölmələrlə qarşılıqlı əməkdaşlıq;
  • Daxili Audit Departamentinin etik, obyektiv və müstəqil fəaliyyət prinsiplərinə uyğun işləməsinə töhfə vermək.
  • Ezamiyyətlərə açıq olmalı.

Namizədə dair tələblər:

  • Maliyyə, mühasibatlıq, audit və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Daxili və ya xarici audit sahəsində minimum 1 il iş təcrübəsi;
  • Audit metodologiyaları, risk əsaslı audit yanaşması və daxili nəzarət sistemləri üzrə biliklər;
  • Maliyyə hesabatlarının və kredit sənədlərinin təhlili bacarığı;
  • Yüksək məsuliyyət hissi, etik davranış və məxfilik prinsiplərinə riayət;
  • Analitik düşünmə və nəticə yönümlü yanaşma;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, ingilis və/və ya rus dili biliyi üstünlükdür;
  • Audit hesabatlarının hazırlanması üzrə baza səviyyədə yazılı bacarıqlar.
  • Şəxsi avtomobili olması üstünlükdür

Müraciət üçün:

CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Mövzu hissəsində: “Audit üzrə mütəxəssis qeyd edin.

  • Daily0
  • Weekly148
  • Monthly2185