Filial müdiri

  • Истекает 22 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Yeni açılacaq filiallar (Qax, Zaqatala, Oğuz, Bərdə, Yevlax, Tovuz, Gədəbəy, Ağdam, Şamaxı, Mingəçevir, Qusar Xaçmaz)

Yeni açılacaq filiallarımız üçün Filial Müdiri vəzifəsinə peşəkar və nəticəyönümlü namizədlər axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

  • Filialın gündəlik fəaliyyətinin təşkil və idarə edilməsi;
  • Qızıl girovlu kreditlər üzrə satış və kredit portfelinin inkişaf etdirilməsi;
  • Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
  • Kredit müraciətlərinin qiymətləndirilməsi və kreditləşmə prosesinə nəzarət;
  • Girovların qəbul edilməsi və rəsmiləşdirilməsi prosesinə nəzarət;
  • Filial əməkdaşlarının fəaliyyətinin koordinasiyası və komandanın idarə edilməsi;
  • Filial üzrə satış, kredit portfeli və gecikmə göstəricilərinə nəzarət;
  • Müəyyən edilmiş KPI və biznes hədəflərinin icrasının təmin edilməsi;
  • Filialın fəaliyyəti barədə rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Bank və ya BOKT sahəsində minimum 3 il iş təcrübəsi;
  • Kreditləşmə və satış sahəsində iş təcrübəsi;
  • Qızıl girovlu kreditləşmə sahəsində təcrübə üstünlükdür;
  • Komanda idarəetmə və liderlik bacarığı;
  • Güclü ünsiyyət və müştəriyönümlülük;
  • Analitik düşünmə və operativ qərarvermə bacarığı;
  • Nəticəyönümlü və məsuliyyətli yanaşma.

İş şəraiti

  • İş yeri: Qax, Zaqatala, Oğuz, Bərdə, Yevlax, Tovuz, Gədəbəy, Ağdam, Şamaxı, Mingəçevir, Qusar Xaçmaz
  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: Müsahibə əsasında + bonus/motivasiya sistemi

· Uyğun namizədlər CV-lərini “Filial Müdiri” adı altında və mütləq filialın adı qeyd edilməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily14
  • Weekly284
  • Monthly2002