Yeni açılacaq filiallar (Qax, Zaqatala, Oğuz, Bərdə, Yevlax, Tovuz, Gədəbəy, Ağdam, Şamaxı, Mingəçevir, Qusar Xaçmaz)
Yeni açılacaq filiallarımız üçün Filial Müdiri vəzifəsinə peşəkar və nəticəyönümlü namizədlər axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Filialın gündəlik fəaliyyətinin təşkil və idarə edilməsi;
- Qızıl girovlu kreditlər üzrə satış və kredit portfelinin inkişaf etdirilməsi;
- Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
- Kredit müraciətlərinin qiymətləndirilməsi və kreditləşmə prosesinə nəzarət;
- Girovların qəbul edilməsi və rəsmiləşdirilməsi prosesinə nəzarət;
- Filial əməkdaşlarının fəaliyyətinin koordinasiyası və komandanın idarə edilməsi;
- Filial üzrə satış, kredit portfeli və gecikmə göstəricilərinə nəzarət;
- Müəyyən edilmiş KPI və biznes hədəflərinin icrasının təmin edilməsi;
- Filialın fəaliyyəti barədə rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
- Ali təhsil;
- Bank və ya BOKT sahəsində minimum 3 il iş təcrübəsi;
- Kreditləşmə və satış sahəsində iş təcrübəsi;
- Qızıl girovlu kreditləşmə sahəsində təcrübə üstünlükdür;
- Komanda idarəetmə və liderlik bacarığı;
- Güclü ünsiyyət və müştəriyönümlülük;
- Analitik düşünmə və operativ qərarvermə bacarığı;
- Nəticəyönümlü və məsuliyyətli yanaşma.
İş şəraiti
- İş yeri: Qax, Zaqatala, Oğuz, Bərdə, Yevlax, Tovuz, Gədəbəy, Ağdam, Şamaxı, Mingəçevir, Qusar Xaçmaz
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: Müsahibə əsasında + bonus/motivasiya sistemi
· Uyğun namizədlər CV-lərini “Filial Müdiri” adı altında və mütləq filialın adı qeyd edilməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.