ASEL BOKT maliyyə sektorunda fəaliyyət göstərən və rəqəmsal həllər üzərində fokuslanan təşkilatdır. Məqsədimiz biznes ehtiyaclarını texnoloji həllərə çevirmək və istifadəçilərə effektiv, sürətli və etibarlı xidmətlər təqdim etməkdir.
İş yeri: Bakı
İş rejimi: Full-time
Vəzifə öhdəlikləri:
- Biznes tələblərinin toplanması, analizi və sənədləşdirilməsi
- Biznes ehtiyaclarının texniki tapşırıqlara çevrilməsi
- Mövcud sistemlərin analizi və təkmilləşdirmə təkliflərinin verilməsi
- Stakeholder-lərlə (biznes və texniki komandalar) sıx əməkdaşlıq
- Proseslərin modelləşdirilməsi (AS-IS / TO-BE)
- Funksional spesifikasiyaların hazırlanması (BRD, SRS və s.)
- Layihə çərçivəsində dəyişikliklərin idarə olunmasına dəstək
Tələblər:
- IT Biznes Analitik və ya oxşar rolda minimum 2+ il iş təcrübəsi
- Biznes analiz metodologiyaları üzrə biliklər
- Tələblərin yazılması və strukturlaşdırılması bacarığı
- UML, BPMN və ya digər modelləşdirmə alətləri ilə iş təcrübəsi
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Güclü kommunikasiya və təqdimat bacarıqları
- Azərbaycan dili sərbəst, rus və ingilis dili üstünlükdür
Üstünlüklər:
- Bank və ya maliyyə sektorunda iş təcrübəsi
- API və inteqrasiya layihələrində iştirak təcrübəsi
- Agile/Scrum mühitində iş təcrübəsi
- Jira, Confluence və ya oxşar alətlərlə iş təcrübəsi
Təklif edirik:
- Maliyyə sektorunda real və kompleks layihələr üzərində işləmək imkanı
- Stabil və uzunmüddətli iş mühiti
- Peşəkar inkişaf və karyera artımı imkanları
- Güclü və peşəkar komanda ilə işləmək imkanı
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Mövzu hissəsində: “Middle IT Biznes Analitik” qeyd etməyiniz xahiş olunur.