ASEL Kredit ASEL Kredit
  • 713

ASEL Kredit

Peşəkar xidmətlər

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 20 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş vaxtı: Həftədə 5 gün, 09:00–17:00 (13:00–14:00 nahar fasiləsi)
  • Şənbə günü: 10:00–14:00
  • Ünvan: Bakı şəhəri, Azure Biznes Mərkəzi
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə.

Öhdəliklər

  • E-qaimələrin köçürülməsi
  • Təhvil-təslim aktlarının yığılması və hazırlanması
  • Qarşılıqlı üzləşdirmə aktlarının yoxlanılması və hazırlanması
  • Bank ödəniş tapşırıqlarının yazılması
  • Bank vasitəsilə onlayn ödənişlərin edilməsi
  • Əmək haqqı kartlarının açılması
  • Köhnə və yeni dövr üzrə əvəzləşmələrin aparılması
  • Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin hazırlanması (Vahid bəyannamə)
  • Ödəmə mənbəyində tutulan vergilərin hesablanması, tərtibi və ödənilməsi (ÖMV)
  • Gündəlik onlayn kargüzarlığın (gələn məktubların) izlənməsi
  • Onlayn kargüzarlığa daxil olan məktubların cavablandırılması
  • Məzuniyyət və son haqq-hesabın hesablanması
  • Ezamiyyət sənədlərinin hazırlanması və hesablamaların aparılması
  • Xərclərin tanınması
  • Rəhbər tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi

Tələblər

  • Təhsili riyazi və ya iqtisadi sahə üzrə olanlara üstünlük verilir
  • Azərbaycan dili biliyi
  • Mühasibatlıq sahəsində bankda və ya BOKT-da minimum 1 il iş təcrübəsi
  • Ofis proqramlarından Excel və Word-də işləmə bacarığı
  • Aktiv və çalışqan olmaq, komanda ilə işləmək bacarığı
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, etibarlılıq və analitik düşüncə kimi müsbət keyfiyyətlərə malik olmaq

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Göndərilən məktubun “mövzü” yerində “Mühasib” qeyd edin.

  • Daily0
  • Weekly0
  • Monthly1889