Asel Kredit BOKT MMC komandamıza Mühasib vəzifəsinə əməkdaş axtarırıq.
İş yeri: Bakı
Əmək haqqı: 800–1000 AZN (başlanğıc əməkhaqqı)
Əsas tələblər:
- Mühasibatlıq sahəsində minimum 6 ay iş təcrübəsi;
- BOKT və ya kredit təşkilatlarında iş təcrübəsi arzuolunandır;
- Kredit ödənişləri və kredit əməliyyatları üzrə anlayış;
- Kassa və bank əməliyyatları haqqında məlumatlı olmaq;
- Mühasibat uçotunun əsaslarını bilmək;
- MS Office, xüsusilə Excel proqramından istifadə bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Kredit ödənişlərinin uçotunun aparılması;
- Gündəlik mühasibat əməliyyatlarının həyata keçirilməsi;
- Kassa və bank əməliyyatlarının işlənməsi;
- İlkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;
- Debitor və kreditor borclarına nəzarət;
- Hesabatların hazırlanmasında iştirak;
- Rəhbərliyin verdiyi digər mühasibatlıq tapşırıqlarının icrası.
Maraqlanan namizədlər CV-lərini "Audit üzrə mütəxəssis" başlığı ilə şirkətin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.