Pərakəndə satış sahəsində fəaliyyət göstərən və beynəlxalq premium brendləri təmsil edən şirkətimiz komandamıza qoşulmaq üçün peşəkar Direktor Assistenti axtarır.
Vəzifə öhdəlikləri
- Baş direktorun gündəlik iş qrafikinin, görüşlərinin və ezamiyyətlərinin planlaşdırılması və koordinasiyası;
- Daxil olan zənglərin, elektron məktubların və rəsmi yazışmaların operativ idarə olunması;
- İclasların təşkili, gündəliyin hazırlanması və zəruri sənədlərin təqdim edilməsi;
- Rəhbərlik üçün hesabat, təqdimat və digər işgüzar sənədlərin hazırlanması;
- Şirkətin departamentləri və biznes tərəfdaşları ilə effektiv koordinasiyanın təmin edilməsi;
- Məxfi məlumatlarla işləmək və sənəd dövriyyəsinin düzgün təşkil edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati tapşırıqların icrası.
Namizədə tələblər
- Ali təhsil;
- Direktor assistenti, İcraçı Direktor assistenti və ya oxşar vəzifədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl, ingilis və rus dillərində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Microsoft Office proqramlarında (Word, Excel, Outlook, PowerPoint) yüksək səviyyədə işləmək bacarığı;
- Yüksək təşkilatçılıq, planlaşdırma və vaxtın idarə edilməsi bacarığı;
- İşgüzar etika, məxfilik prinsiplərinə riayət və təqdimat bacarığı;
- Operativ, məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
Təklif edirik
- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Beynəlxalq premium brendlərlə işləmək imkanı;
- Peşəkar və dinamik iş mühiti;
- Təlim və karyera inkişafı imkanları.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Direktor Assistenti" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər. Fotoşəkilsiz namizədlərin CV-lərinə baxılmayacaqdır
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.