Direktor Assistenti

  • Истекает 13 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Pərakəndə satış sahəsində fəaliyyət göstərən və beynəlxalq premium brendləri təmsil edən şirkətimiz komandamıza qoşulmaq üçün peşəkar Direktor Assistenti axtarır.

Vəzifə öhdəlikləri

  • Baş direktorun gündəlik iş qrafikinin, görüşlərinin və ezamiyyətlərinin planlaşdırılması və koordinasiyası;
  • Daxil olan zənglərin, elektron məktubların və rəsmi yazışmaların operativ idarə olunması;
  • İclasların təşkili, gündəliyin hazırlanması və zəruri sənədlərin təqdim edilməsi;
  • Rəhbərlik üçün hesabat, təqdimat və digər işgüzar sənədlərin hazırlanması;
  • Şirkətin departamentləri və biznes tərəfdaşları ilə effektiv koordinasiyanın təmin edilməsi;
  • Məxfi məlumatlarla işləmək və sənəd dövriyyəsinin düzgün təşkil edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati tapşırıqların icrası.

Namizədə tələblər

  • Ali təhsil;
  • Direktor assistenti, İcraçı Direktor assistenti və ya oxşar vəzifədə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində mükəmməl, ingilis və rus dillərində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Microsoft Office proqramlarında (Word, Excel, Outlook, PowerPoint) yüksək səviyyədə işləmək bacarığı;
  • Yüksək təşkilatçılıq, planlaşdırma və vaxtın idarə edilməsi bacarığı;
  • İşgüzar etika, məxfilik prinsiplərinə riayət və təqdimat bacarığı;
  • Operativ, məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

Təklif edirik

  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Rəqabətqabiliyyətli əməkhaqqı;
  • Beynəlxalq premium brendlərlə işləmək imkanı;
  • Peşəkar və dinamik iş mühiti;
  • Təlim və karyera inkişafı imkanları.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Direktor Assistenti" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər. Fotoşəkilsiz namizədlərin CV-lərinə baxılmayacaqdır

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily37
  • Weekly178
  • Monthly1242