İş yeri: Sumqayıt şəhəri
Struktur bölmə: Maliyyə Departamenti / Mühasibatlıq şöbəsi
Vəzifə öhdəlikləri:
- Alış və satış qaimələrinin (xammal, ehtiyat hissələri, hazır məhsul) mühasibat uçotu sistemində düzgünlüyünün yoxlanılması və uçota alınması;
- İstehsal, inzibati və kommersiya xərclərinin məsrəf yerləri üzrə düzgün təsnifatı və uçotunun aparılması;
- Debitor və kreditor borclar üzrə üzləşmələrin hazırlanması, yoxlanılması və fərqlərin aradan qaldırılması;
- Ay bağlanışına hazırlıq, müxbir hesabların bağlanması, aylıq dövriyyə-balan cədvəllərinin və balansın tərtib edilməsi;
- Aylıq, rüblük və illik vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, gəlir vergisi və s.), statistika və digər rəsmi hesabatların qüvvədə olan qanunvericiliyə uyğun hazırlanması və təqdim edilməsi;
- Anbar qalığı, istehsal həcmləri və məhsulun maya dəyəri üzrə hesabatların hazırlanmasında iştirak;
- Birbaşa və struktur bölmə rəhbəri tərəfindən verilən digər tapşırıqların icrası.
Namizədə tələblər:
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
- İstehsal müəssisələrində, üstünlük olaraq metaləritmə və ya ağır sənaye sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Qanun və digər normativ-hüquqi aktlar üzrə biliklər;
- 1C, Logo və ya analoji mühasibat proqramlarında işləmək bacarığı;
- MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmək bacarığı;
- Peşəkar Mühasib Sertifkatının olması mütləqdir;
- Analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik, işgüzar etika qaydalarına riayət etmək bacarığı;
- Məxfi məlumatlarla işləmə və kommersiya sirrinin qorunması bacarığı.
İş şəraiti:
- Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- 5 günlük iş qrafiki;
- Rəqabətədavamlı əməkhaqqı;
- Peşəkar inkişaf və təlim imkanları.
Uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Mövzu hissəsində “Baş Mühasib” qeyd edilməsi vacibdir.