Maliyyə Rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə Rəhbəri

  • Deadline 27 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkətimizin maliyyə fəaliyyətinin strateji planlaşdırılması, idarə olunması və nəzarətinin təmin edilməsi məqsədilə komandamıza yüksək ixtisaslı və təcrübəli Maliyyə Rəhbəri axtarırıq.

Namizədə tələblər:

  • Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə ali təhsil
  • Maliyyə idarəçiliyi sahəsində minimum 5 il iş təcrübəsi
  • Azərbaycan, Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək
  • Beynəlxalq Mühasibat Uçotu Standartları (IFRS) və yerli qanunvericilik üzrə biliklər
  • Güclü analitik düşünmə qabiliyyəti və strateji yanaşma
  • Rəhbərlik və komanda idarəetmə bacarığı
  • MS Office proqramlarında və mühasibatlıq proqramlarında peşəkar səviyyədə işləmə bacarığı

Vəzifə öhdəlikləri:

  • Maliyyə modellərinin, illik və operativ büdcələrin hazırlanması və icrasına nəzarət
  • Maliyyə proqnozlarının aparılması və əsas maliyyə göstəricilərinin monitorinqi
  • Maliyyə hesabatlarının, analitik təhlillərin hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Pul vəsaitlərinin hərəkətinin idarə edilməsi, dövriyyə kapitalına nəzarət
  • Maliyyə risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması üzrə tədbirlərin görülməsi
  • Mühasibat uçotu, debitor və kreditor borcları, əmək haqqı, vergi uyğunluğu və gündəlik maliyyə əməliyyatlarına nəzarət
  • Maliyyə qaydalarına, hesabat tələblərinə və daxili nəzarət prosedurlarına uyğunluğun təmin edilməsi
  • IFRS standartları üzrə maliyyə hesabatlarının hazırlanması
  • Xərclərin təhlili və optimallaşdırılması
  • Strateji təşəbbüslər, investisiya layihələri, birləşmə və satınalmalar üzrə maliyyə təhlillərinin aparılması
  • Pul vəsaitləri və maddi-əmtəə sərvətlərinin qorunması, qanunsuz istifadənin qarşısının alınması
  • Maliyyə komandasına rəhbərlik və komandanın effektiv idarə olunması
  • Daxili maraqlı tərəflərlə (şöbə rəhbərləri, top-menecment) sıx əməkdaşlıq
  • Banklar, maliyyə institutları, investorlar və tənzimləyici orqanlarla əlaqələrin qurulması və saxlanılması
  • Şirkətin maliyyə planlarının hazırlanması, gəlir və xərclərin büdcələşdirilməsi

Müraciət qaydası:

Maraqlanan namizədlərdən mövzu hissəsində “Maliyyə Rəhbəri” qeyd etməklə CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

İş yeri: Sumqayıt şəhəri

  • Daily0
  • Weekly389
  • Monthly2331