Komandamıza aktiv və məqsədyönlü əməkdaşlar axtarırıq.
Şirkətimiz Bakı üzrə Araz supermarketlərində yerləşən rəqəmsal monitorlarda reklam xidmətlərinin satışını həyata keçirir.
Vəzifələr:
- Yeni müştərilərin cəlb edilməsi.
- Reklam xidmətlərinin satışı.
- Müştərinin müqavilə bağlanana qədər müşayiət edilməsi.
Tələblər:
- Satış etməyə və qazanmağa həvəs.
- Ünsiyyət bacarığı və məsuliyyət.
- İnandırmaq bacarığı üstünlük hesab olunur.
İnsanlarla ünsiyyət qurmağı sevirsinizsə və nəticəyə görə yüksək gəlir əldə etmək istəyirsinizsə, bu vakansiya sizin üçündür.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.