İş şəraiti
- İş yeri: Azərbaycan, Sumqayıt
- İş qrafiki: Tam iş günü (5 gün, 08:00-17:00)
Vəzifə öhdəliyi:
- İstehsal fəaliyyəti ilə məşğul olan şirkətdə bütün mühasibatlıq əməliyyatlarının dəqiq, vaxtında və mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi;
- Şirkətin pul vəsaitlərinin hərəkəti və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və hazırlanması;
- Cаri əməliyyаt fəаliyyəti üzrə büdcənin və prоqnоzlаr, о cümlədən pul vəsаitlərinin qısаmüddətli hərəkət prоqnоzlаrının tərtibində iştirak;
- Bank əməliyyətlarının icrası və izlənilməsi;
- Şirkətin fаktiki gəlirlərinin yохlаnılmаsı zamanı kənаrçıхmаlаrın səbəbini müəyyən еtmək;
- Pul vəsaitinin hərəkəti hesabatlarini hazırlanması;
- İstehsal prosesində emal xərclərinə nəzarət və inventarizasiyanın aparılması;
- Vergi auditi və ya müstəqil audit hesabatlarına dair lazım olan məlumat və sənədlərin hazırlanması və təqdim edilməsinin təmin edilməsi;
- Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparılması;
- Vergi hesabatlarını təqdim edilməsi (ƏDV, ÖMV, Gəlir və Mənfəət vergisi, statistik hesabatlar, vahid bəyannamə MDSS).
Namizədə olan tələblər:
- Ali təhsil (mühasibatlıq, maliyyə, iqdisadiyyat) ixtisası istiqamətində;
- İş təcrübə, 3 ildən yuxarı (istehsal üzrə təcrübə olanlara üstünlük veriləcək);
- Beynəlxalq maliyyə standartlarını bilmək (IFRS, F3, PMS2, PMS1 arzu olunandır);
- Analitik təhliletmə və qərar vermə qabiliyyəti;
- Müstəqil işləməyi bacarmaq və eyni zamanda komandanın bir hissəsi olmaq;
- Mаliyyə şərаitini аnаliz еtmək qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı;
- Ünsiyyət qurmaq, icraçılıq və situasiyanı dəyərləndirmə bacarığı.
Digər məlumatlar:
- Korporativ nömrə (korporativ paket);
- İllik Tibbi sığorta paketi;
- Böyük və prestijli şirkətdə işləmək imkanı;
- Əmək haqqı namizədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən ediləcək.
Əgər yuxarıda göstərilən tələblərə cavab verirsinizsə, vakansiyanın adını qeyd etməklə CV-inizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.