Assist Group komandamıza *Tibbi sahədə ən azı 5 il iş təcrübəsi olan, ali təhsilli xanım Satış meneceri axtarır.
Vəzifə öhdəlikləri
- Əsas öhdəliklərə klinikalar, həkimlər və korporativ müştərilərlə əlaqələrin qurulması, şirkətin xidmətlərinin təqdim edilməsi, işgüzar görüşlərin təşkili və satış danışıqlarının aparılması daxildir.
- Satış meneceri yeni müştərilər cəlb etməli, kommersiya təklifləri hazırlamalı, müraciətləri izləməli və satış nəticələri üzrə rəhbərliyə hesabat təqdim etməlidir.
Tələblər
- Namizəddən satış taktikaları və sosial şəbəkələrdən müştəri cəlbi üzrə biliklər, sürücülük vəsiqəsi, güclü ünsiyyət və təqdimat bacarığı tələb olunur.
- Tibbi xidmət bazarını tanıyan, məsuliyyətli, təşəbbüskar və satış hədəflərinə çatmaq üçün sistemli işləyən namizədlərə üstünlük verilir.
Müraciət: CV-nizi WhatsApp vasitəsilə 050 400 07 88 nömrəsinə “Satış meneceri” qeydi ilə göndərin.