Asterias Təlim və İnkişaf Mərkəzi komandamıza qoşulmaq üçün peşəkar və təcrübəli müəllim axtarırıq.
Vəzifə öhdəlikləri:
- İB (PYP/MYP/DP) və Cambridge proqramları üzrə dərslərin tədrisi
- Şagirdlərin fərdi və qrup halında inkişafına dəstək
- Dərs planlarının və təlim materiallarının hazırlanması
- Valideynlərlə mütəmadi əlaqə və şagirdin inkişafı haqqında geribildirim
Tələblər:
- Təhsil sahəsində bakalavr və ya magistr dərəcəsi
- İB və ya Cambridge proqramlarında iş təcrübəsi (minimum 1-2 il)
- Azərbaycan, ingilis və ya rus dillərində yüksək səviyyədə ünsiyyət bacarığı
- Müasir tədris metodlarına və pedaqoji yanaşmalara bələdlik
- Komandada işləmək və innovativ təlim yanaşmalarını tətbiq etmək bacarığı
Təklif edirik:
- Rəqabətədavamlı əməkhaqqı
- Peşəkar inkişaf və təlimlərdə iştirak imkanı
- Yaradıcı və motivasiyalı iş mühiti
- Uzunmüddətli əməkdaşlıq perspektivi
Müraciət:
CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “İB & Cambridge Müəllim” yazmağı unutmayın.