Təlim və inkişaf sahəsində fəaliyyət göstərən komandamıza yaradıcı düşüncəli, estetik zövqü güclü və trendləri izləyən mobiloqraf–dizayner axtarırıq.
Vəzifə öhdəlikləri:
- Mobil telefonla video və foto çəkilişlərin aparılması
- Sosial şəbəkələr üçün (Instagram, TikTok və s.) kreativ kontentlərin hazırlanması
- Reels, story və postlar üçün dizayn və montaj işləri
- Brend üslubuna uyğun vizual dilin qorunması
- Kontent ideyalarının təklif edilməsi və trendlərin izlənməsi
Tələblər:
- Mobiloqrafiya sahəsində təcrübə (portfolio üstünlükdür)
- Canva, CapCut, InShot, VN, Adobe və ya oxşar proqramlarda işləmə bacarığı
- Estetik baxış və yaradıcı yanaşma
- Sosial media trendlərindən xəbərdar olmaq
- Operativlik və məsuliyyət
Üstünlüklər:
- Kreativ və rahat iş mühiti
- Öz ideyalarını reallaşdırmaq imkanı
- Uzunmüddətli əməkdaşlıq perspektivi
- Əmək haqqı bacarıqlara görə müsahibə zamanı müəyyən ediləcək
Qısa məlumat və portfolio və ya iş nümunələrinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.