İş şəraiti
- İş yeri: Asterias Təlim və İnkişaf Mərkəzi
- Ünvan: Cəlil Məmmədquluzadə 73 F
- İş rejimi: Part-time / Full-time
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
İş haqqında:
- Asterias Təlim və İnkişaf Mərkəzi yaradıcılıq dərslərini genişləndirmək məqsədilə uşaqlar və yeniyetmələrlə işləyə biləcək istedadlı və peşəkar rəsm müəlliməsi axtarır. Məqsədimiz şagirdlərin yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, rəsm sahəsində bilik və maraqlarını artırmaqdır.
Vəzifə öhdəlikləri:
- Müxtəlif yaş qrupları üzrə rəsm dərslərinin keçirilməsi;
- Şagirdlərin yaradıcılıq potensialını inkişaf etdirmək;
- Müasir və klassik rəsm texnikalarının öyrədilməsi (akvarel, yağlı boya, qrafika, eskiz və s.);
- Fərdi və qrup dərslərinin təşkili;
- Şagirdlərin işlərinin sərgilərdə təqdim olunmasına dəstək olmaq;
- Tədris materiallarının hazırlanması və dərs prosesində tətbiqi.
Namizədə tələblər:
- İncəsənət / Təsviri İncəsənət üzrə ali təhsil (üstünlük verilir);
- Rəsm sahəsində peşəkar bacarıqlara malik olmaq;
- Müxtəlif texnikalarda işləmə bacarığı;
- Uşaqlarla işləməyi sevmək və onlara yanaşma bacarığı;
- Tədris sahəsində təcrübə (üstünlükdür);
- Yaradıcılığa açıq, ünsiyyətcil və məsuliyyətli olmaq;
- Rus və İngilis dillərində ünsiyyət bacarığı (üstünlükdür).
Bizim təkliflərimiz:
- Rəqabətli əmək haqqı;
- Müasir və yaradıcı iş mühiti;
- Şəxsi inkişaf və sərgi imkanları;
- Müasir dərs resursları ilə təminat;
- Gənc və dinamik kollektivdə çalışma imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.