A Asterias
  • 548

Asterias

Other

Sosial Psixoloq/Kouç

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sosial Psixoloq/Kouç

  • Deadline 3 October 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Azərbaycanda yenilikçi bir komandanın üzvü olmaq, gələcəkdə uğurlu və faydalı bir iş ərsəyə gətirmək istəyən şəxslər arasında “Sosial Psixoloq/Kouç” axtarırıq.

Müvafiq namizədin lazımlı təlimləri alması, peşəkar inkişafı üçün dəstək mərkəzdə göstəriləcək.

Vəzifə öhdəlikləri

  • Mərkəzin təklif etdiyi təlimlərdə kouç yaxud təlimçi kimi iştirak etmək
  • Müraciət edənlərin sosial-psixoloji diaqnostikasını aparmaq
  • Məktəblərdə və universitetlərdə qrup təlimlərində iştirak etmək
  • Fərdi və qrup şəklində psixoloji korreksiya, sosiallaşma təlimlərini aparmaq
  • Öyrədiləcək treninq materiallarını mənimsəmək və sonradan mərkəzin işində tətbiq etmək

Tələblər

  • Psixologiya (və yaxın relevant sahələrdə) üzrə ali təhsil
  • Müvafiq iş təcrübəsi: azı 2 il
  • Art-terapiya, pedaqoji psixologiya, karyera kouçluğu və s. üzrə təcrübənin olması üstünlükdür.
  • Yaş: 25+
  • İngilis dilini təlim keçə biləcək səviyyədə (upper-intermediate +) bilmək. Rus dilini bilmək üstünlükdür

 Digər detallar

  • İş qrafiki: 6 günlük
  • Əməkhaqqı: 850-1000 AZN + %.
  • Yaxşı performans göstəriləndən sonra mükafatlandırma sisteminə (faizlərə) yenidən baxılır.

Zəhmət olmasa YALNIZ tələblərə uyğun olan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsin. 

  • Daily27
  • Weekly612
  • Monthly2478