Asterias Təlim və İnkişaf Mərkəzi komandamıza Müştəri xidmətləri üzrə mütəxəssis axtarırıq!
Vəzifə öhdəlikləri:
- CRM (Müştəri Əlaqələrinin İdarə Edilməsi) sistemi, şirkətlərin müştəri məlumatlarının toplanması, satış proseslərinin izlənməsi, ünsiyyətin optimallaşdırılması və loyallığın artırılması;
- Müştəri tərəfindən telefon və e-mail vasitəsi ilə göndərilən müraciətləri qəbul etmək və sualları cavablandırmaq;
- Şirkətin ən son yenilikləri və kampaniyaları haqqında məlumat vermək;
- Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək;
- Qarşıya çıxmış problemləri operativ həll etmək məqsədilə müştərini aidiyyəti struktur və şəxslərə yönləndirmək;
- Müştərilərin zəng zamanı tələblərini, dəyişikliklərini və istəklərini dəqiqləşdirərək aidiyyəti üzrə yönləndirmək;
- Telefon zənglərini cavablandırması;
- Təlim və inkişaf mərkəzində olan xidmətlər barədə ətraflı məlumatlar vermək və təyinat üzrə istiqamətləndirmək;
- Ofisə daxil olan müştəriləri gülərüz və nəzakətli formada qarşılamaq;
- Müvafiq şöbə və ya əməkdaşa yönləndirmək;
- Ziyarətçilərin qeydiyyatını aparmaq və giriş-çıxış nəzarətini təmin etmək;
- Reseption zonasının səliqəli, təmiz və peşəkar görünüşdə olmasına nəzarət etmək;
- Qəbul zonası üçün zəruri materialların (formalar, broşürlər, qonaq kartları və s.) təchizatını təmin etmək;
- Müxtəlif hesabatların hazırlanması;
- Müştəri məmnuniyyətinin ölçülməsi, statistik məlumat bazasının toplanılması, onların təhlili və seqmentasiyası istiqamətində mütəmadi işlərin aparılması;
- Müxtəlif parametrlər üzrə müştəri bazasının təhlili və seqmentasiyası;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ icrası.
İş yeri: Asterias Təlim və İnkişaf Mərkəzi
Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir.
Vakansiyaya uyğun namizədlər CV-lərin “Müştəri xidmətləri üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər. Xahiş edirik elanı diqqətlə oxuyun.