AT - Geotech MMC AT - Geotech MMC
  • 215

İnzibati şöbənin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnzibati şöbənin rəhbəri

  • Deadline 4 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən biri üçün İnzibati şöbənin rəhbəri vəzifəsi üzrə namizəd axtarılır.

Vəzifə öhdəlikləri:

  • İnzibati şöbənin fəaliyyətinin təşkili, idarə edilməsi və nəzarətdə saxlanılması;
  • Nəqliyyat, təsərrüfat, ofis təminatı, sənəd dövriyyəsi və digər inzibati xidmətlərin koordinasiyasını həyata keçirmək;
  • Şöbə əməkdaşlarının iş bölgüsünü aparmaq, fəaliyyətlərini qiymətləndirmək;
  • Şirkətin əmlakının, avadanlıqlarının və digər maddi resurslarının səmərəli idarə olunmasını təmin etmək;
  • Şirkət rəhbərliyinə inzibati fəaliyyətlə bağlı müvafiq hesabatlar təqdim etmək;
  • Şirkətin daxili qaydalarına və prosedurlarına riayət olunmasına nəzarət etmək.

Namizədə tələblər:

  • Biznesin idarə edilməsi, menecment və ya digər uyğun ixtisas üzrə ali təhsil;
  • İnzibati idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə iş təcrübəsi;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Güclü təşkilatçılıq, planlaşdırma və komanda idarəetmə bacarıqları;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Yüksək ünsiyyət, təqdimat və liderlik bacarıqları;

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri
  • İş qrafiki: 6 günlük 
  • Əmək haqqı: Müsahibə əsasında bilik və bacarığa əsasən təyin ediləcəkdir.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnzibati şöbənin rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly570
  • Monthly570