AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Keyfiyyətə nəzarət şöbəsinə Sənəd dövriyyəsinə nəzarət üzrə mütəxəssis vakansiyası üzrə namizəd axtarılır.
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin prosedur və siyasəti ilə yaxından tanış olmaq və onlara əməl etmək
- Şirkətin keyfiyyət siyasətinin, sənədlərin, proseslərin ISO 9001:2015 sisteminə uyğun olmasını təmin etmək
- Şirkətin sənədlərinin prosedura uyğun olmasına nəzarət etmək
- Şirkətin rəhbər heyəti tərəfindən verilən dəyişiklik təkliflərinin nəzərdən keçirilməsi, müzakirə edilməsi və qərarın qəbul edilməsi
- Şirkətdə baş verən proseslərin keyfiyyət standartların uyğunluğunun yoxlanması
Namizədə tələblər:
- Ali təhsil
- Keyfiyyətə nəzarət (Quality Control) üzrə minimum 1 il iş təcrübəsi
- İngilis dili bilikləri orta səviyyədə, rus dili bilikləri arzuolunandır.
- MS Office proqramlarında, xüsusilə Exceldə sərbəst istifadə bacarığı
- Xırdalan, Masazır və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir
- Sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı (SharePoint və s.)
- Typing (dəqiqədə 35 söz minimum)
- Məsuliyyətli, punktual və diqqətcil olmaq
- İş yükünə adaptasiya olunmaq və stresə davamlılıq
Əmək şəraiti:
- İş yeri: Xırdalan
- İş rejimi: 5 günlük
- Əmək haqqı: Müsahibə əsasında bilik və təcrübəyə əsasən təyin olunacaqdır.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.