AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Tender və sənədləşmə üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan olunur.
Əsas vəzifə öhdəlikləri:
- Tender və satınalma sənədlərinin nəzərdən keçirilməsi və tələb olunan sənədlərin siyahısının hazırlanması;
- Tenderlər üzrə tələb olunan hüquqi, maliyyə və texniki sənədlərin toplanması və sistemləşdirilməsi;
- Tender sənədlərinin müəyyən edilmiş forma və tələblərə uyğun hazırlanmasına dəstək göstərilməsi;
- CV, arayış, forma, məktub və digər tender sənədlərinin hazırlanması;
- Tenderlərlə bağlı daxil olan sorğuların, məktubların və digər yazışmaların izlənilməsi;
- Müvafiq dövlət qurumları, banklar, tərəfdaşlar və digər təşkilatlardan tələb olunan sənədlərin əldə edilməsinin koordinasiyası;
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarında işləmə bacarığı;
- Məsuliyyətli, dəqiq və operativ iş yanaşması.
Əmək şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- İş qrafiki: 5 günlük, 09:00–18:00
- Əməkhaqqı: 600-800 AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.