A AtaSığorta ASC
  • 223

Korporativ Hüquq şöbəsinin müdiri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Korporativ Hüquq şöbəsinin müdiri

  • Истекает 19 апрель 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

  • Cəmiyyətin digər struktur bölmələrinin fəaliyyətinin həyata keçirilməsində hüquqi yardım göstərir.
  • Cəmiyyətin digər struktur bölmələrinin sorğularına əsasən praktiki fəaliyyətlərində əmələ gələn hüquqi məsələlər üzrə məsləhətlər verir, qüvvədə olan qanunvericilik aktları və onların tətbiqi üzrə lazımi materiallarla təmin edir;
  • Tender sənədlərinin hazırlanmasında iştirak edir. 
  • Filial və nümayəndəliklərin fəaliyyətə başlaması üçün zəruri sənədləri hazırlayır və dövlət qeydiyyatı üçün müvafiq qurumlara təqdim edir.
  • Cəmiyyətin struktur bölmələrinin əsasnamələri, vəzifə təlimatları, prosedur, proses və müvafiq qaydalarına hüquqi rəy verir. 
  • Hüquqi məsələlərlə bağlı Cəmiyyətə daxil olan  şikayət,  ərizə  və müraciətləri araşdırır, qanunvericiliyə müvafiq cavab hazırlayır.
  • Cəmiyyətin bağladığı mülki-hüquqi xarakterli müqavilələrin tərtibində iştirak edir, onların hüquqi təhlilini apararaq rəy bildirir.
  • İş zamanı sənədləşdirilmiş informasiyaları normativə uyğun qruplaşdırır.
  • İdarəetmə orqanlarının iclaslarının protokollarını hazırlayır və imzaya təqdim edir.

BİLİKLƏR:

  • Ali hüquq təhsili,
  • Sığorta fəaliyyətində rəhbər tutulan Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri barədə məlumatlı,
  • MS Office proqramlarında əla səviyyədə işləmək bacarığı,
  • Kollektivdə sağlam ünsiyyət qurmaq bacarığı olmalıdır.
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı, İngilis və/və ya rus dili hüquqi sənədlərlə işləmə səviyyəsində bilməsi üstünlükdür.

TƏCRÜBƏ:

  • Korporativ hüquq sahəsində minimum 2-3 il iş təcrübəsi olmalıdır. Rəhbər vəzifədə təcrübə üstünlükdür.
  • Məlumatları dəqiq və anlaşılan təsvir etməyi, sorğuları aydın və əsaslandırılmış qaydada cavablandırmağı bacarmalıdır. 
  • Təqdimat bacarığı olmalıdır.
  • Kiçik qrup komandanı idarə etməyi və tapşırıqların həlli istiqamətləri barədə komanda üzvlərinə təkliflər verməyi bacarmalıdır.

ƏMƏK ŞƏRAİTİNİN ŞƏRTLƏRİ :

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
  • İş rejimi: 5 günlük iş qrafiki ilə 09:00-18:00-dək təyin olunur. 
  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron poçt ünvanına (mövzu hissəsində vəzifənin adı (“Korporativ Hüquq şöbəsinin müdiri”) qeyd olunmalıdır) göndərə bilərlər.

  • Daily9
  • Weekly417
  • Monthly1610