VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
- Cəmiyyətin digər struktur bölmələrinin fəaliyyətinin həyata keçirilməsində hüquqi yardım göstərir.
- Cəmiyyətin digər struktur bölmələrinin sorğularına əsasən praktiki fəaliyyətlərində əmələ gələn hüquqi məsələlər üzrə məsləhətlər verir, qüvvədə olan qanunvericilik aktları və onların tətbiqi üzrə lazımi materiallarla təmin edir;
- Tender sənədlərinin hazırlanmasında iştirak edir.
- Filial və nümayəndəliklərin fəaliyyətə başlaması üçün zəruri sənədləri hazırlayır və dövlət qeydiyyatı üçün müvafiq qurumlara təqdim edir.
- Cəmiyyətin struktur bölmələrinin əsasnamələri, vəzifə təlimatları, prosedur, proses və müvafiq qaydalarına hüquqi rəy verir.
- Hüquqi məsələlərlə bağlı Cəmiyyətə daxil olan şikayət, ərizə və müraciətləri araşdırır, qanunvericiliyə müvafiq cavab hazırlayır.
- Cəmiyyətin bağladığı mülki-hüquqi xarakterli müqavilələrin tərtibində iştirak edir, onların hüquqi təhlilini apararaq rəy bildirir.
- İş zamanı sənədləşdirilmiş informasiyaları normativə uyğun qruplaşdırır.
- İdarəetmə orqanlarının iclaslarının protokollarını hazırlayır və imzaya təqdim edir.
BİLİKLƏR:
- Ali hüquq təhsili,
- Sığorta fəaliyyətində rəhbər tutulan Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri barədə məlumatlı,
- MS Office proqramlarında əla səviyyədə işləmək bacarığı,
- Kollektivdə sağlam ünsiyyət qurmaq bacarığı olmalıdır.
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı, İngilis və/və ya rus dili hüquqi sənədlərlə işləmə səviyyəsində bilməsi üstünlükdür.
TƏCRÜBƏ:
- Korporativ hüquq sahəsində minimum 2-3 il iş təcrübəsi olmalıdır. Rəhbər vəzifədə təcrübə üstünlükdür.
- Məlumatları dəqiq və anlaşılan təsvir etməyi, sorğuları aydın və əsaslandırılmış qaydada cavablandırmağı bacarmalıdır.
- Təqdimat bacarığı olmalıdır.
- Kiçik qrup komandanı idarə etməyi və tapşırıqların həlli istiqamətləri barədə komanda üzvlərinə təkliflər verməyi bacarmalıdır.
ƏMƏK ŞƏRAİTİNİN ŞƏRTLƏRİ :
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
- İş rejimi: 5 günlük iş qrafiki ilə 09:00-18:00-dək təyin olunur.
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron poçt ünvanına (mövzu hissəsində vəzifənin adı (“Korporativ Hüquq şöbəsinin müdiri”) qeyd olunmalıdır) göndərə bilərlər.