A AtaSığorta ASC
  • 327

Risk şöbəsinin mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Risk şöbəsinin mütəxəssisi

  • Deadline 17 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

  • Cəmiyyətin risk siyasətinə uyğun olaraq gündəlik fəaliyyətlərdə risk amillərinin təhlilində iştirak etmək;
  • Risk reyestrinin aparılmasında və yenilənməsində şöbəyə dəstək vermək;
  • Risk göstəricilərinin (KRİ) və daxili nəzarət tədbirlərinin izlənməsində iştirak etmək;
  • Struktur bölmələrdən daxil olan məlumatların təhlilini aparmaq və ilkin risk qiymətləndirməsini hazırlamaq;
  • Risk hesabatlarının hazırlanmasında mütəxəssislərə kömək etmək;
  • Risklə bağlı sənədlərin, siyahıların və prosedurların icrasında dəstək göstərmək;
  • Şirkətin risk mədəniyyətinin artırılması üçün keçirilən tədbirlərdə iştirak etmək.

BİLİKLƏR:

  • İqtisadiyyat (xüsusilə, maliyyə) və ya hüquq üzrə ali təhsil;
  • Analiz bacarığı, risk qiymətləndirilməsi bacarığı;
  • Sığorta fəaliyyətində rəhbər tutulan Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri barədə məlumatlı olmalıdır.
  • Korporativ idarəetmə və risklərin idarəolunması bilik və bacarıqlar
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı olmalıdır, İngilis dili biliyi zəruri, rus dili biliyi üstünlükdür.
  • Kompüter proqramlarından istifadə etməyi bacarmalıdır (MS office - word əla, Excel əla, PPT əla səviyyədə).

TƏCRÜBƏ:

  • Əlaqəli sahədə minimum 1 il iş təcrübəsi (arzuediləndir);
  • Məlumatları dəqiq və anlaşılan təsvir etməyi, sorğuları aydın və əsaslandırılmış qaydada cavablandırmağı bacarmalıdır. 
  • Təqdimat bacarığı olmalıdır.
  • Kiçik qrup komandanı idarə etməyi və tapşırıqların həlli istiqamətləri barədə komanda üzvlərinə təkliflər verməyi bacarmalıdır.
  • Risk analitik sistemləri və ya proqram təminatı ilə işləmək bacarığı olanlara üstünlük verilir.

ƏMƏK ŞƏRAİTİNİN ŞƏRTLƏRİ:

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
  • İş rejimi: 5 günlük iş qrafiki ilə 09:00-18:00-dək təyin olunur. 
  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına (mövzu hissəsində vəzifənin adı (“Risk şöbəsinin mütəxəssisi”) qeyd olunmalıdır) göndərə bilərlər. Yalnız uyğun olan şəxslər müsahibəyə dəvət olunacaqdır.

  • Daily18
  • Weekly428
  • Monthly2175