VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
- Cəmiyyətin risk siyasətinə uyğun olaraq gündəlik fəaliyyətlərdə risk amillərinin təhlilində iştirak etmək;
- Risk reyestrinin aparılmasında və yenilənməsində şöbəyə dəstək vermək;
- Risk göstəricilərinin (KRİ) və daxili nəzarət tədbirlərinin izlənməsində iştirak etmək;
- Struktur bölmələrdən daxil olan məlumatların təhlilini aparmaq və ilkin risk qiymətləndirməsini hazırlamaq;
- Risk hesabatlarının hazırlanmasında mütəxəssislərə kömək etmək;
- Risklə bağlı sənədlərin, siyahıların və prosedurların icrasında dəstək göstərmək;
- Şirkətin risk mədəniyyətinin artırılması üçün keçirilən tədbirlərdə iştirak etmək.
BİLİKLƏR:
- İqtisadiyyat (xüsusilə, maliyyə) və ya hüquq üzrə ali təhsil;
- Analiz bacarığı, risk qiymətləndirilməsi bacarığı;
- Sığorta fəaliyyətində rəhbər tutulan Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri barədə məlumatlı olmalıdır.
- Korporativ idarəetmə və risklərin idarəolunması bilik və bacarıqlar
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı olmalıdır, İngilis dili biliyi zəruri, rus dili biliyi üstünlükdür.
- Kompüter proqramlarından istifadə etməyi bacarmalıdır (MS office - word əla, Excel əla, PPT əla səviyyədə).
TƏCRÜBƏ:
- Əlaqəli sahədə minimum 1 il iş təcrübəsi (arzuediləndir);
- Məlumatları dəqiq və anlaşılan təsvir etməyi, sorğuları aydın və əsaslandırılmış qaydada cavablandırmağı bacarmalıdır.
- Təqdimat bacarığı olmalıdır.
- Kiçik qrup komandanı idarə etməyi və tapşırıqların həlli istiqamətləri barədə komanda üzvlərinə təkliflər verməyi bacarmalıdır.
- Risk analitik sistemləri və ya proqram təminatı ilə işləmək bacarığı olanlara üstünlük verilir.
ƏMƏK ŞƏRAİTİNİN ŞƏRTLƏRİ:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
- İş rejimi: 5 günlük iş qrafiki ilə 09:00-18:00-dək təyin olunur.
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına (mövzu hissəsində vəzifənin adı (“Risk şöbəsinin mütəxəssisi”) qeyd olunmalıdır) göndərə bilərlər. Yalnız uyğun olan şəxslər müsahibəyə dəvət olunacaqdır.