İş şəraiti
- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat
- Transformator haqqında ilkin tələbləri oxumaq və analiz etmək;
- Verilmiş tələblərə uyğun layihə hazırlamaq;
- Tender sənədlərini hazırlamaq;
- İstehsal olunacaq transformatorların layihə sənədlərinin hazırlanması;
- Transformatorun elektrik avadanlıqlarını seçmək.
Tələblər:
- Ali təhsilli (elektrik mühəndisliyi üzrə bakalavr və ya magistr),
- Elektrik maşınları (xüsusilə transformatorlar) barəsində təməl biliklərə sahib olmalı.
- Elektrotexnikanın əsaslarını bilməli.
- ГОСТ 11677-85 və IEC 60076 standartları haqqında məlumatlı olmalı.
- Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması,
- AutoCad və MS Office proqramlarında işləməyi bilməli.
- Yeni biliklər öyrənməyə yüksək motivasiya və maraqlı olmalı.
- Transformatorlar və ya enerji sistemləri mövzusunda layihə və ya təcrübə keçməsi arzuolunandır.
- Zavod daxili təhlükəsizlik qaydaları haqqında məlumatlı olmalı.
- Dil biliyi : İngilis və Rus dili
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Komandada işləmək bacarığına malik olmalı;
- Məsuliyyətli, diqqətli və dəqiq olmalı;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Elektrik Mühəndisi” Mövzu bölməsində göstərin.