ATEF Şirkətlər Qrupu ATEF Şirkətlər Qrupu
  • 800

ATEF Şirkətlər Qrupu

Engineering , Electrical Equipment

Elektrik mühəndisi (Transformator layihəçisi)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik mühəndisi (Transformator layihəçisi)

  • Deadline 15 October 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
  • 5 günlük iş həftəsi
  • Nahar fasiləsi: 12:00-13:00
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

  • Transformator haqqında ilkin tələbləri oxumaq və analiz etmək;
  • Verilmiş tələblərə uyğun layihə hazırlamaq;
  • Tender sənədlərini hazırlamaq;
  • İstehsal olunacaq transformatorların layihə sənədlərinin hazırlanması;
  • Transformatorun elektrik avadanlıqlarını seçmək.

Tələblər:

  • Ali təhsilli (elektrik mühəndisliyi üzrə bakalavr və ya magistr), 
  • Elektrik maşınları (xüsusilə transformatorlar) barəsində təməl biliklərə sahib olmalı.
  • Elektrotexnikanın əsaslarını bilməli.
  • ГОСТ 11677-85  və IEC 60076  standartları haqqında məlumatlı olmalı.
  • Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması,
  • AutoCad və MS Office proqramlarında işləməyi bilməli.
  • Yeni biliklər öyrənməyə yüksək motivasiya və maraqlı olmalı.
  • Transformatorlar və ya enerji sistemləri mövzusunda layihə və ya təcrübə keçməsi arzuolunandır.
  • Zavod daxili təhlükəsizlik qaydaları haqqında məlumatlı olmalı.
  •  Dil biliyi : İngilis və Rus dili

Namizədin şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti; 
  • Komandada işləmək bacarığına malik olmalı; 
  • Məsuliyyətli, diqqətli və dəqiq olmalı;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması; 

Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.  CV göndərən zaman vəzifənin adını Elektrik Mühəndisi  Mövzu bölməsində göstərin.

  • Daily38
  • Weekly154
  • Monthly2039