Vəzifə öhdəlikləri:
- Yeni əkiləcək sahələr üzrə layihənin sıfırdan planlaşdırılması və idarə olunması
- Layihə üzrə vaxt qrafikinin (timeline) hazırlanması və icrasına nəzarət
- Layihənin büdcəsinin hazırlanması və xərclərə nəzarətin təmin edilməsi
- Dövlət və digər aidiyyəti qurumlarla əlaqələrin qurulması və idarə olunması
- Müvafiq sənədləşmə işlərinin təşkili və hazırlanması
- Podratçılar və təchizatçılarla işin təşkili, müqavilələrin hazırlanması və idarə olunması
- Logistika və təchizat zəncirinin təşkili (toxum, gübrə, yanacaq və s.)
- Texnika və avadanlıqların seçimi, təminatı və effektiv istifadəsinə nəzarət
- Əkin planının hazırlanması prosesində aqronomlarla koordinasiyanın təmin edilməsi
- Ərazi üzrə pivot suvarma sisteminin qurulmasına və istismarına nəzarət
- İşçi heyətinin formalaşdırılması (baş ofisin dəstəyi ilə) və sahə üzrə işin təşkili
- Sahədə işçilər üçün inzibati binanın inşasına nəzarət və digər təşkilati işlərin həyata keçirilməsi
- Risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi (hava şəraiti, su təminatı, logistika və s.)
- Sahədə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət
- Məhsuldarlığın artırılması məqsədilə proseslərin optimallaşdırılması
- Görülən işlər üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Namizədə dair tələblər:
- Ali təhsil (aqronomluq üzrə üstünlükdür);
- Oxşar kənd təsərrüfatı layihələrində rəhbər vəzifədə iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl bilmək;
- MS Office proqramlarında işləmək bacarığı;
- İdarəetmə bacarığı, güclü liderlik və təşkilatçılıq bacarığı, stressə davamlılıq;
- Rayonda çalışmaq imkanı.
Şərtlər:
- İş yeri: Qubadlı rayonu;
- İşçi mənzil ilə təmin edilir;
- Əmək haqqı razılaşma yolu ilə
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.