Vəzifə öhdəlikləri:
- Əməkdaşların IMS proqram təminatı ilə əlaqədar olaraq dəstəyi, müşayiəti, məlumatlandırılması və konsultasiyasını həyata keçirmək;
- Əməkdaşlara nasazlıqların aradan qaldırılmasında operativ dəstək göstərmək, xətaları aşkarlamaq, məhdudlaşdırmaq və aradan qaldırmaq;
- “Service Desk” sistemi üzərindən istifadəçi müraciətlərini qəbul etmək, işləmək və müraciətlərin həlli prosesinə nəzarəti həyata keçirmək;
- Mütəmadi baş verən texniki problemlərin seqmentasiyasını və analizlərini aparmaq
- Rəhbərlik tərəfindən təsdiqlənmiş proqram və proqram vasitələrinin qurulması/sazlanması üzrə işləri aparmaq;
- Əməkdaşların IT sahəsi ilə bağlı ümumi suallarını cavablandırmaq;
- Birbaşa rəhbərin verdiyi digər xidməti tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: ən azı 1 il müvafiq sahə üzrə
- Dil bilikləri: Azərbaycan (əla), İngilis dili ( texniki ), Rus (arzuolunandır)
- Proqram təminatı ilə bağlı sorğuların idarə olunması və həll olunmasının təmin etmək bacarığı;
- MS SQL Server ilə iş bacarığı;
- Log analiz etmə və loglardan effektiv axtarış etmə bacarığı;
- Monitoring sistemleri ilə iş təcrübəsi (məsələn, Nagios, Zabbix, Prometheus, Grafana);
- Task Management Sistemləri ilə İş Bacarığı (məsələn, JIRA, Trello, Asana,TFS, Microsoft Planner və s.);
- Web Services ilə iş təcrübəsi (REST/SOAP);
- Web requesting ilə işləmə bacarığı;
- Exception-lar barədə məlumatlı olmalı;
- Analitik təhlil etmə və operativlik bacarığı
- Komandada işləmə bacarığı
İş şərtləri:
- İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V-gün 09:00 - 17:00
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərməzdən öncə iş elanı ilə ətraflı tanış olun.
- Namizədliyin baxılmasında CV forması mühüm rol oynayır. Xahiş edirik, CV-nizi düzgün və peşəkar şəkildə hazırlayın.
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.