Namizədə tələblər
- Yaş: 21 - 45
- Cinsi: Bəy və Xanım
- Təhsil: Natamam Ali və Ali
- İş təcrübəsi: Sığorta sahəsi üzrə təcrübə tələb olunmur
- Dil bilikləri: Azərbaycan dili (əla), əlavə olaraq Rus dili və İngilis dili (arzu olunandır)
- Ünsiyyət və komanda ilə işləmək bacarığı
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək, şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
- Müştərilərin tələblərini nəzərə alaraq uyğun sığorta məhsullarını təklif etmək;
- Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
- Müştərinin ilk müraciət anından onunla işləmək: qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək.
İş şərtləri
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- İş vaxtı: I-IV günlər 09:30 - 17:30, V gün 09:30 - 17:00
- İş yeri: Bakı, Sumqayıt, Xaçmaz-Quba, Şəki, İsmayıllı, Zaqatala, Mingəçevir, Zəngilan, Bərdə, Gəncə, Tovuz, Masallı-Lənkəran, İmişli
Biz sizə nə təklif edirik?
- Karyera və inkişaf üçün əla fürsətlər
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
- İşlə təmin olunma imkanı
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
- Satışlara əsasən artan gəlir
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sığorta Məsləhətçisi” və qarşısında müvafiq regionu yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.