Vəzifə öhdəlikləri:
- MS SQL Server ilə iş
- Proqramçıların hazırladığı SQL sorğuların analiz və tənzimlənməsi;
- Böyük mürəkkəb SQL sorğuların optimallaşdırılması;
- Verilənlər bazalarının monitorinq edilərək performans tənzimlənməsi işlərinin görülməsi;
- Mövcud məlumatları, cədvəlləri, sorğuları, prosedurları, hesabatları və s. (functions, indexes, jobs) təhlil etməsi;
- Verilənlər bazası, cədvəllər və sorğuların sənədləşdirilməsi;
- Bir verilənlər bazasının başqa bir verilənlər bazasına (məlumatların) miqrasiya edilməsi;
- Müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı hesabatların hazırlanması;
- Biznesin tələbinə uyğun yeni hesabatların yazılması və mövcud hesabatlara dəyişiklik edilməsi.
Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: ən azı 1 il müvafiq sahə üzrə
- Dil bilikləri: Azərbaycan (əla), İngilis dili ( texniki ), Rus (arzuolunandır)
- SQL (MSSQL, T-SQL) dilini yüksək səviyyədə bilmək;
- SQL serverin işləmə prinsipləri üzrə dərin biliklər;
- Məlumat bazasının strukturu üzrə biliklər;
- Verilənlər bazası sxemini, cədvəlləri və əlaqələri yaratmaq və dəyişdirmək bacarığı;
- Verilənlər bazası dizaynı və normallaşdırma prinsipləri sahəsində təcrübə;
- Digər RDBMS ilə işləmə bacarığı (Oracle,MySQL,PostgreSQL və.s) arzuolunandır;
- Microsoft Office, Excel, Power BI, Power Query, Power Pivot bilikləri arzuolunandır;
- Extract, Transform, Load (ETL) prosesləri və alətləri ilə iş təcrübəsi arzuolunandır.
İş şərtləri:
- İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V-gün 09:00 - 17:00
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərməzdən öncə iş elanı ilə ətraflı tanış olun.
- Namizədliyin baxılmasında CV forması mühüm rol oynayır. Xahiş edirik, CV-nizi düzgün və peşəkar şəkildə hazırlayın.
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.