Turizm şirkətləri ilə iş üzrə mütəxəssis

Turizm şirkətləri ilə iş üzrə mütəxəssis

  • Deadline 2 İyul 2025

Əsas vəzifə öhdəlikləri:

  • Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlərin keçirilməsində iştirak etmək
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
  • Mövcud partnyorlarla birbaşa əlaqələr yaratmaq və onların satışlarına nəzarət etmək;
  • Müştərinin ilk müraciət anından onunla işləmək: təqdimat materialları, müşayiət məktubları və izahedici qeydləri işləyib hazırlamaq və göndərmək, ərizə formasında təqdim olunan məlumatı təhlil etmək,qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək,müştəriyə sığorta şərtləri haqqında ətraflı məlumatların əldə edilməsində köməklik göstərmək
  • Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri şirkətlə əməkdaşlıq etməyə dəvət etmək

İş şərtləri

  • İş rejimi: I-IV günlər 09:00 - 18:00, V-gün 09:00 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən korporativ nömrə və telefon ilə təmin olunur
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq (+aylıq bonus)

Namizədə tələblər

  • Təhsil: Natamam Ali və Ali
  • İş təcrübəsi: Satış və Turizm sahəsi üzrə təcrübə arzuolunandır
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri - sərbəst, İngilis dili - orta
  • MS Office proqramları ilə işləmək bacarığı
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı
  • Yenilikləri tətbiq etmək bacarığı

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily10
  • Weekly617
  • Monthly1102