Athletic Supply MMC xarici satınalma və logistika əməliyyatlarını başlanğıcdan sonadək müstəqil idarə edə bilən təcrübəli mütəxəssis axtarır.
Əsas vəzifələr
- Xarici istehsalçı və təchizatçıların araşdırılması və qiymətləndirilməsi;
- Qiymət, ödəniş, istehsal və çatdırılma şərtləri üzrə danışıqların aparılması;
- Təkliflərin texniki və kommersiya baxımından müqayisəsi;
- Sifarişlərin, müqavilələrin və ödəniş sənədlərinin hazırlanması;
- İstehsal, qablaşdırma və göndəriş proseslərinə nəzarət;
- Quru, hava və dəniz daşımalarının təşkili;
- Incoterms® 2020 şərtlərinə uyğun logistika modelinin seçilməsi;
- Yük sənədlərinin yoxlanılması və tam maya dəyərinin hesablanması;
- Gömrük brokerləri, daşıyıcılar və anbarla koordinasiyanın təmin edilməsi;
- Yükün təchizatçıdan şirkətin anbarına qəbulunadək bütün prosesin idarə olunması.
Namizədə tələblər
- Xarici satınalma və logistika sahəsində minimum 2 il praktiki təcrübə;
- İngilis dilini minimum B2 səviyyəsində bilmək mütləqdir;
- İngilis dilində sərbəst yazışma və danışıqlar aparmaq bacarığı;
- Satınalma, idxal, logistika və gömrük prosesləri üzrə praktiki bilik;
- Incoterms® 2020 və beynəlxalq yük sənədləri üzrə bilik;
- Güclü danışıqlar və analitik düşünmə bacarığı;
- MS Excel və ERP proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik və eyni vaxtda bir neçə sifarişi idarə etmək qabiliyyəti.
Çin bazarı ilə iş təcrübəsi, həmçinin rus və ya Çin dili biliyi üstünlükdür.
Biz nə təklif edirik?
- Stabil və uzunmüddətli iş imkanı;
- Beynəlxalq satınalma layihələrində iştirak;
- Peşəkar inkişaf və karyera yüksəlişi;
- Bilik və təcrübəyə uyğun əmək haqqı;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.
Vakansiya xarici satınalma və logistika sahəsində uzunmüddətli və peşəkar karyera qurmaq, şirkətlə birlikdə inkişaf etmək istəyən namizədlər üçün nəzərdə tutulub.
İş formatı: Tam iş günü, ofisdaxili
İş yeri: Bakı şəhəri, Xətai rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xarici satınalma və logistika üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.