Xarici satınalma və logistika üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Xarici satınalma və logistika üzrə mütəxəssis

  • Истекает 1 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Athletic Supply MMC xarici satınalma və logistika əməliyyatlarını başlanğıcdan sonadək müstəqil idarə edə bilən təcrübəli mütəxəssis axtarır.

Əsas vəzifələr

  • Xarici istehsalçı və təchizatçıların araşdırılması və qiymətləndirilməsi;
  • Qiymət, ödəniş, istehsal və çatdırılma şərtləri üzrə danışıqların aparılması;
  • Təkliflərin texniki və kommersiya baxımından müqayisəsi;
  • Sifarişlərin, müqavilələrin və ödəniş sənədlərinin hazırlanması;
  • İstehsal, qablaşdırma və göndəriş proseslərinə nəzarət;
  • Quru, hava və dəniz daşımalarının təşkili;
  • Incoterms® 2020 şərtlərinə uyğun logistika modelinin seçilməsi;
  • Yük sənədlərinin yoxlanılması və tam maya dəyərinin hesablanması;
  • Gömrük brokerləri, daşıyıcılar və anbarla koordinasiyanın təmin edilməsi;
  • Yükün təchizatçıdan şirkətin anbarına qəbulunadək bütün prosesin idarə olunması.

Namizədə tələblər

  • Xarici satınalma və logistika sahəsində minimum 2 il praktiki təcrübə;
  • İngilis dilini minimum B2 səviyyəsində bilmək mütləqdir;
  • İngilis dilində sərbəst yazışma və danışıqlar aparmaq bacarığı;
  • Satınalma, idxal, logistika və gömrük prosesləri üzrə praktiki bilik;
  • Incoterms® 2020 və beynəlxalq yük sənədləri üzrə bilik;
  • Güclü danışıqlar və analitik düşünmə bacarığı;
  • MS Excel və ERP proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətlilik və eyni vaxtda bir neçə sifarişi idarə etmək qabiliyyəti.

Çin bazarı ilə iş təcrübəsi, həmçinin rus və ya Çin dili biliyi üstünlükdür.

Biz nə təklif edirik?

  • Stabil və uzunmüddətli iş imkanı;
  • Beynəlxalq satınalma layihələrində iştirak;
  • Peşəkar inkişaf və karyera yüksəlişi;
  • Bilik və təcrübəyə uyğun əmək haqqı;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.

Vakansiya xarici satınalma və logistika sahəsində uzunmüddətli və peşəkar karyera qurmaq, şirkətlə birlikdə inkişaf etmək istəyən namizədlər üçün nəzərdə tutulub.

İş formatı: Tam iş günü, ofisdaxili

İş yeri: Bakı şəhəri, Xətai rayonu

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xarici satınalma və logistika üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly222
  • Monthly108